Modern.az

Soma mədənindən tapılan ölü sayı artdı - YENİLƏNİB

Soma mədənindən tapılan ölü sayı artdı - YENİLƏNİB

Təhsil

17 May 2014, 12:44


Türkiyənin Manisa vilayətinin Soma qəsəbəsindəki mədəndə yenidən yanğın baş verib. Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bunu enerji və təbii qaynaqlar naziri Taner Yıldız jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə ölənlərin sayı 299-a yüksəlib.

“Mədəndə fərqli bir nöqtədə təkrar olaraq yanğın olub. Bundan 45 dəqiqə  öncə isə mədənin digər yerində yenidən yanğın hadisəsi olmuşdu”,-deyə T. Yıldız bildirib.

Qeyd edək ki, may ayının 13-də Somada kömür mədənində baş verən faciə Türkiyəni yasa boğub. Bununla bağlı Türkiyədə matəm də elan edilmişdi.

***

Türkiyədə kömür mədənində baş vermiş partlayış nəticəsində ölənlərin sayı 301 nəfərə çatıb. Bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Taner Yıldız bildirib. Onun sözlərinə görə, hazırda 3 şaxtaçı dağıntılar altındadır.

Xatırladaq ki, mayın 13-də Türkiyənin Manisa vilayətinin Soma şəhərində kömür mədənində partlayış baş vermişdi.


Aqşin Kərimov

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı