Modern.az bildirir ki, Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov ABŞ səfiri Riçard Morninqstarın “Azadlıq” radiosuna müsahibəsinə etriaz edib. Gün.Az-a açıqlamasında N. Məmmədov bildirib ki, “Korrupsiya halları dünyanın hər yerində, o cümlədən ABŞ-n özündə də var”.
N.Məmmədovun qeyd etdiyinə görə, Azərbaycanda korrupsiyanın bünövrəsini eks-spiker Rəsul Quliyev qoyub. “Bu gün həmin Rəsul.Quliyev yığdığı milyonlar hesabına 20 ildən artıqdır ki, ABŞ-da yaşayır və həmin ölkə tərəfindən himayə olunur. Eyni zamanda, Amerikanın özündə bir neçə aydan bir bu və ya digər senator, konqresmen korrupsiya ilə bağlı korrupsiya əməllərində ittiham olunur. Niyə səfir öz müsahibəsində bunlardan danışmır, ona öz münasibətini bildirmir? Niyə beynəlxalq QHT-lər, xüsusilə də Azərbaycanı hər addımbaşı tənqid edən, ona böhtanlar yağdıran xarici təşkilatlar bu barədə öz rəylərini bildirmirlər”, - deyə N.Məmmədov sözlərinə əlavə edib.
Modern.az