Modern.az

Oqtay Əsədovun başçılığı ilə parlamentarilər Xorvatiyaya gedir

Oqtay Əsədovun başçılığı ilə parlamentarilər Xorvatiyaya gedir

Təhsil

17 May 2014, 14:42


Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlamentin nümayəndə heyəti mayın 18-də Xorvatiyaya səfər edəcək. Modern.az xəbər verir ki, bunu Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, parlamentin nümayəndə heyətinin tərkibinə millət vəkilləri Qüdrət Həsənquliyev, Çingiz Əsədullayev, Sahibə Qafarova, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir.

A.Təvəkküloğlu qeyd edib ki, Mili Məclis sədrinin Xorvatiya parlamentinin spikeri Josip Leko ilə görüşündə parlamentlər arasında əlaqələr, qanun yaradıcılığı sahəsində təcrübə və informasiya mübadiləsi barədə danışıqlar aparılacaq: “Oqtay Əsədovun Xorvatiya prezidenti İvo Josipoviçlə, Xorvatiya baş naziri Zoran Milanoviçlə, baş nazirin birinci müavini, xarici və Avropa işləri naziri Vesna Puşiçlə görüşləri nəzərdə tutulub. Bu görüşlərdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur. Deputatlarımız Xorvatiya Mili Arxivi ilə tanış olacaq, eyni zamanda Dubrovniç şəhərində bir sıra mədəni proqramlarda iştirak edəcəklər. 

Nümayəndə heyətinin Xorvatiyaya səfəri mayın 20-də başa çatacaq.

 

Modern.az

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı