Modern.az

Qənirə Paşayeva Somaya yardım aksiyasına qoşulmağa çağırdı

Qənirə Paşayeva Somaya yardım aksiyasına qoşulmağa çağırdı

Təhsil

17 May 2014, 15:18

“Bir az əvvəl qardaş Türkiyədə Somada yaşanan faciədə əziyyət çəkən insanlarımıza dəstək istiqamətində Qızıl Aypara Cəmiyyətinin dəyərli başçısı Novruz Aslanla danışdım və Somaya yardım üçün əmək haqqımın bir hissəsini keçirdiyimi bildirdim. Artıq bəzi millət vəkillərimiz, dostlarımız da Somaya dəstək üçün Qızıl Aypara Cəmiyyəti vasitəsilə öz dəstəyini göstərməyə başlayıblar və inanıram ki, millət vəkillərimizin hamısı Qızıl Ayparanın bu önəmli dəstək kampaniyasına qoşulacaq”.
Bunu Modern.az-a millət vəkili Qənirə Paşayeva bildirib.

Deputat imkanı olan insanların Qızıl Aypara vasitəsilə bu kampaniyaya dəstək olacağına inanaraq, onları Soma faciəsində əziyyət çəkənlərə imkanları çatdığı qədər dəstək olmağa çağırıb.

“Bu bizim ortaq ağrı-acımızdır və cənab Prezident başda olmaqla dövlətimiz və xalqımız qardaş Türkiyənin bu üzüntüsünü öz üzüntümüz kimi paylaşdığımızı bildirib və Qızıl Ayparanın bu nəcib aksiyası önəmli bir addımdır. Gəlin, hamımız Qızıl Aypara Cəmiyyətinin başladığı bu önəmli aksiyaya qoşulaq!”.

Modern.az

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı