Modern.az

Əqli və fiziki qüsurlu uşaqlar üçün xeyriyyə tədbiri keçirilib

Əqli və fiziki qüsurlu uşaqlar üçün xeyriyyə tədbiri keçirilib

Təhsil

17 May 2014, 15:17

YAP Nəsimi rayon təşkilatı Qadınlar Şurasının Saray qəsəbəsində yerləşən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzdində Saray 7 saylı əqli və fiziki qüsurlu uşaqlar üçün İnternat Evində xeyriyyə tədbiri keçirilib.

Modern.az xəbər verir ki, hər il olduğu kimi bu ildə əqli və fiziki qüsurlu uşaqlar üçün belə xeyriyyə tədbirlərinin keçirilməsi davam etdirilir. Bu məqsədlə də bütün rayon təşkilatlarında hesabat-seçki yığıncaqları təşkil olunur.  

Onu da qeyd edək ki,  ölkəmizdə həyata keçirilən dövlət siyasətinin təməlində həm də mərhəmət, humanizm və xeyirxahlıq dayanır. Bu mənada Azərbaycanın Birinci Xanımı, Heydər Əliyev Fondunun Prezidenti, millət Vəkili, YUNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın nəcib fəaliyyəti hər birimizə örnəkdir. Bunun nəticəsidir ki, ölkəmizdə ildən- ilə xeyriyəçilik və humanizm prinsiplərinə dayanan layihə və fəaliyyətlər artrır. Azərbaycan qadınları istər cəmiyyətin və istərsə də dövlətin bütün sahələrində yüksək səviyyədə təmsil olunur.

 

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı