"Bəzi elektron Kütləvi İnformasiya Vasitələrində bilə-bilə mənim işgüzar nüfuzuma xələl gətirəcək yanlış məlumatlar yayılıb".
Bu sözləri AZADİNFORM-a eksklüziv açıqlamasında Sabirabad rayon İcra hakimiyyətinin tikinti və memarlıq şöbəsinin müdiri Ağarəhim Ağayev deyib. Şöbə müdiri qeyd edib ki, onun barəsində yayılan məlumatlar tamamilə qərəzlidir və heç bir fakta əsaslanmır: "Məlumatda guya oğlum Ramil Ağayevin dostları ilə dəbdəbəli həyat tərzi keçirdiyi və mənim xeyli sayda bahalı avtomobimin olduğu bildirilir. Ağ yalandır. Mən sadə bir həyat tərzi yaşayıram. Məlumatlarda yer alan foto isə 2001-ci ilin mersedesidir. Bu maşınların da bazarda hansı qiymətə olduğunu hər kəs yaxşı bilir. Onu da qeyd edim ki, həmin şəkil tozlu-torpaqlı bir yerdə çəkilib. “İşbazlar” kompyuterin imkanlarından istifadə edərək onu da saxtalaşdırmağı bacarıblar. Bundan savayı tam səmimiyyətlə bildirirəm ki, mənim nəinki bahalı, heç ucuz avtomobilim də yoxdur. Artıq bir neçə dəfədir ki, barəmdə belə böhtanlar uydururlar. Yazı yazanlar çirkin əməllərindən əl çəkmirlər. Əksinə, bir az da həyasızlaşıblar, bəd niyyətlərini də gizlətmirlər. Kimlərinsə vasitəsi ilə zəng etdirirlər ki, “hörmət edin” yazını saytdan çıxardaq. Bir daha bildirirəm ki, bu məlumat tamamilə qərəzlidir və heç bir fakta əsaslanmayan uydurmadır".
M odern.az