Modern.az

Prezident Mingəçevirə 3 milyon manat ayırdı

Prezident Mingəçevirə 3 milyon manat ayırdı

Təhsil

17 May 2014, 20:02



Prezident İlham Əliyev Mingəçevir şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə sərəcam imzalayıb.

Sərəncamda deyilir ki, Mingəçevir Şəhər İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 3 (üç) milyon manat ayrılması qərar alınır.

Maliyyə Nazirliyinə bu sərəncamlarda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının icrası sahəsində bütün bölgələrdə olduğu kimi, Mingəçevir şəhərində də mühüm infrastruktur layihələri yerinə yetirilib, yeni sənaye və emal müəssisələri açılıb, "Kür" Olimpiya Tədris İdman Mərkəzi, Mingəçevir Dövlət Dram Teatrı yenidən qurulub, Gənclər evi inşa edilib, yeni parklar salınmış, təhsil, mədəniyyət və digər sosial yönümlü obyektlər tikilərək əhalinin istifadəsinə verilib, genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb.

Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı