Modern.az

Ülvi Quliyev: “Deputatlar Azərbaycanda idmanın kütləviləşməsinə dəstək verir”

Ülvi Quliyev: “Deputatlar Azərbaycanda idmanın kütləviləşməsinə dəstək verir”

Təhsil

17 May 2014, 22:19

Bu gün Azərbaycan Karate-do Federasiyalari Assosiasiyasinin prezidenti, Milli Məclisin deputati Ülvi Quliyevin rəhbərliyi ilə “Sərhədçi" İdman OlimpiyaMərkəzində “Caspian Cup” Beynəlxalq Karate Turniri (Caspian Cup İnternational Karate Tournament) keçirilib.

Modern.az xəbər verir ki, turnirə 10 ölkədən, Azərbaycan, Ukrayna, Gürcüstan, Türkmənistan, Özbəkistan, Qirğizistan, Rusiya, Türkiyə, Qazaxistan və İrandan 600-ə yaxin idmançi qatlıb.

Final yarışmasında Milli Məclisin deputatları Rüstəm Xəlilov, Malik Həsənov, Mirkazım Kazımov, Adil Əliyev, Nəriman Əliyev, Mahir Aslanov, Gənclər və İdman Nazirliyinin nümayəndəsi Əhəd Əliyev, ayrı-ayrı şirkətlərin əməkdaşları iştirak ediblər.

Yarışa rəhbərlik edən Ülvi Quliyev bildirib ki, ölkədə idmanın hərtərəfli inkişafına böyük diqqət var və bu, ölkə Prezidenti İlham Əliyevin adı ilə bağlıdır: “Hesab edirəm ki, Azərbaycanda idmanını inkişafı üçün yaradılan şərait dünyanın heç bir yerində yoxdur. Ona görə də idmançalarımız bu şəraitdən düzgün istifadə etməli, ölkəmizin adını davamlı olaraq yüksəkliklərə qaldırmalıdırlar. Bu, hər bir idmançının borcudur.

Bu mənada final yarışmasında idmançılarımız gözləntilərimizi doğrultdular”.

Ülvi Quliyev 2015-ci ildə Birinci Avropa Oyunlarının Bakıda keçiriləcəyindən qürur duyduğunu qeyd edərək deyib ki, Azərbaycan idmançıları burada da mütləq özlərini göstərməlidirlər.

Deputatların final yarışmasında iştirak etməsini önə çəkən Ü. Quliyev bildirib ki, bu addım deputatlardan 2015-ci ildə Birinci Avropa Oyunlarının Bakıda keçirilməsinə, ümumilikdə isə Azərbaycanda idmanını kütləviləşməsinə bir dəstək kimi də dəyərləndirilə bilər.

 

 

Modern.az 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı