Rusiyalı milyonçu Roman Abramoviç dünyada nahar üçün ən çox hesab ödəyən şəxs adını qazanıb. Modern.az rusiya mətbuatına istinadən xəbər verir ki, oğlu və bir neçə biznes ortaqları ilə Nyu-Yorkda “Nellos” restoranına gələn milyonçu qiymətlərə baxmadan sifariş verib. Sonda Abramoviç təkcə nahar üçün rekord həcmdə məbləğ – 47.221.09 dollar ödəyib. Restoran sahibi deyib ki, qonaqlar qiymətə yox daha çox qulluğa önəm verirdilər. Milyonçu təkcə onlara xidmət edən şəxsə 5 min dollar verib.
Günəş Fərhadlı