Ermənistanın mərkəzində atışma baş verib. Modern.az erməni mətbuatına istinadən xəbər verir ki, avtomat silahdan açılan atəş nəticəsində beş nəfər yaralanıb. Hadisə şahidlərinin bildirdiyinə görə, atışmadan sonra bir qrup şəxs BMV X6 avtomobilə əyləşərək hadisə yerindən uzaqlaşıb. Yaralılar dərhal yaxında olan bir nömrəli xəstəxanaya aparılıb. Verilən son xəbərə görə, yaralananlardan birinin vəziyyəti çox ağırdır. Digər üç nəfər ayaqlarından, bir qadın isə nəvəsini atəşdən qoruyan zaman qolundan güllə yarası aldığından onların həyati təhlükəsi yoxdur. Baş verən insidentlə bağlı İrəvan şəhər Polis İdarəsinin rəisi Aşot Karapetyan təcili toplantı çağırıb. Hazırda hadisənin hansı səbəbdən baş verməsi və kimlər tərəfindən törədilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

