Bu tədris ilindən etibarən attestatlar elektron formada təqdim olunacaq.
Modern.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bu gün keçirilən brifinqdə deyib.
O bildirib ki, şagirdlər attestatlarını istənilən vaxt onlayn əldə edə biləcəklər: "Bu, 300 minə yaxın şagirdi əhatə edəcək".