Modern.az

Ukraynada azərbaycanlı mer öldürüldü

Ukraynada azərbaycanlı mer öldürüldü

Təhsil

26 İyul 2014, 14:58

 

Ukraynanın Kremençuk şəhərinin meri Oleq Babayev güllələnərək öldürülüb. Modern.az saytı rus KİV-nə istinadən xəbər verir ki, Oleq Babayev öz evindən çıxarkən vurulub. Belə ki, ona “Vaz 21 09” markalı avtomobildən 3 dəfə atəş açılıb və Oleq Babayev yerindəcə keçinib. 

Əraziyə polis əməkdaşları cəlb edilib. Cinayətin baş vermə səbəbi bilinmir.

Qeyd edək ki, O. Babayev Meydan oğlu 1965-ci ilin 21 oktyabrında Kurskda anadan olub. Onun atası Azərbaycanın Şəmkir rayonundandır, anası isə rusdur.

  

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!