“ HƏMAS bizi zəiflədəcəyinə dair yanlış düşüncəyə malikdir. HƏMAS bizə qarşı hər hansı hərəkət edəcəksə, yeddi misli cavabını verəcəyik”.
Modern.az saytı Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu bəyanatla İsrailin baş naziri Benyamin Netanyahu ölkənin müdafiə naziri Moşe Yalonla birgə keçirdiyi mətbuat konfransında çıxış edib.
O bildirib ki, bütün ərəb dünyası HƏMAS-a qarşıdır. İsrail hökumət başçısı Tükiyə başda olmaqla HƏMAS-a dəstək olan digər dövlətlərə də mesaj göndərib.
“Ərəb dünyası Qətər, İran və Türkiyəyə və bu dövlətlərin dəstək olduğu HƏMAS-a qarşıdır. Qəzzadakı terror təşkilatlarının liderləri və komandanları bizim hədəfimizdədir və onların heç birinin toxunulmazlığı yoxdur”.
Qeyd edək ki, İsrailin iyul ayının 7-dən Qəzzanı bombalaması nəticəsində 2 mindən çox dinc insan həlak olub.Modern.az