Modern.az

Səlim Müslümov bölgələrdə görüş keçirəcək

Səlim Müslümov bölgələrdə görüş keçirəcək

Образование

21 Avqust 2014, 10:55


Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov avqustun 29-da saat 10:00-da Nazirliyin Gədəbəy rayon Əhalinin sosial müdafiəsi mərkəzinin (ƏSMM) inzibati binasında bu rayonun və Şəmkir, Tovuz, Qazax, Ağstafa  rayonlarının sakinlərini qəbul edəcək.

Modern.az xəbər verir ki, vətəndaşlar [email protected] elektron poçt ünvanı, (012) 596-44-07 (Nazirliyin Ümumi şöbəsi), (022) 326-00-08 (Gədəbəy rayon ƏSMM), (022)  305-34-82 (Şəmkir rayon ƏSMM), (022) 315-34-36 (Tovuz rayon ƏSMM),  (022) 295-13-31 (Qazax rayon ƏSMM), (022) 225-22-42 (Ağstafa rayon ƏSMM) telefon nömrələri ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.

Şəmkir, Tovuz, Qazax, Ağstafa  rayonlarından qəbula yazılmış vətəndaşların həmin rayonların ƏSMM-lərinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla Gədəbəy rayonuna aparılıb gətirilmələri təmin ediləcək.   

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı