“Bu günə olan məlumata görə, 9 illikdən kolleclərin boş qalan yerlərinə qəbul olan 1385 nəfərdən 1029-u qeydiyyatdan keçib”. Bu barədə Modern.az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən bildiriblər.
Qeyd edək ki, 2014/2015-ci tədris ili üzrə ümumi orta təhsil bazasında (9 illik) orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul olan şəxslərin qəbul olduqları təhsil müəssisələrində avqustun 13-dən aparılan qeydiyyatı sabah saat 17:00-da başa çatır.
Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri müvafiq təhsil müəssisəsinə göndərilməyəcək.
Misranə Həsənzadə