
““Çağ Öyrətim” lisey və kurslarında çalışan müəllimlərin bir qrupu Təhsil Nazirliyinin keçirdiyi müsabiqədə iştirak edərək seçdikləri məktəblərə işə qəbul olunublar. İşə qəbul olunmaq üçün Təhsil Nazirliyinə fərdi müraciətlər olmayıb”. Bunu Modern.az-a açıqlamasında nazirliyin insan resursları şöbəsinin müdiri Fərzəli Qədirov deyib.
Qeyd edək ki, ““Çağ Öyrətim” şirkətinin lisey və kurslarında oxuyan şagirdlərin digər məktəblərə köçürülməsini Bakı Şəhəri üzrə Təhsil İdarəsi həyata keçirir. Artıq proses yekunlaşmaq üzrədir. Təxminən 600-700 şagird yerləşdirilib.
Təhsil Nazirliyi Modern.az-a açıqlamasında “Çağ Öyrətim” şirkətinin lisey və kurslarında işləyən müəllimlərin digər məktəblərə yerləşdirilməsinin adi qaydada həyata keçirildiyini bildirmişdi: “Digər müəllimlər necə vakant yerlərə ərizə verir, müsabiqədən keçirsə, bağlanmış türk liseylərinin müəllimləri də eyni qayda ilə imtahan verə bilər”.
Misranə Həsənzadə