Modern.az

İlyas İsmayılov AKP-nin qurultayına dəvət olundu

İlyas İsmayılov AKP-nin qurultayına dəvət olundu

Təhsil

21 Avqust 2014, 13:39


Ədalət Partiyasının sədri, Milli Məclisin deputatı İlyas İsmayılov və partiya sədrinin müavini Mütəllim Rəhimli Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) 1-ci fövqəladə qurulutayına dəvət olunub.

Modern.az xəbər verir ki, bununla bağlı dəvət məktubu artıq partiyaya daxil olub. Dəvət məktubunda Ədalət Partiyasının sədri İlyas İsmayılov və sədr müavini Mütəllim Rəhimli AKP-nin Ankaranın Arena İdman Salonunda keçiriləcək 1-ci fövqəladə qurultayına dəvət olunduğu bildirilib. İlyas İsmayılovun avqust ayının 27-də keçiriləcək  qurultayda iştirak etmək niyyətində olduğu bildirilib.

Bu hadisə, Ədalət Partiyasının fəaliyyətinin qardaş ölkə siyasiləri tərəfindən diqqətlə izlənildiyini göstərir. Ədalət Partiyası bundan sonra da “Bir millət, iki dövlət” prinsipini daim öz əməli fəaliyyətində həyata keçirməyə çalışacaq.  

Modern.az

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı