Modern.az

Erkən birinci sinfə qəbul olmaq istəyənlərin qeydiyyatı bitdi

Erkən birinci sinfə qəbul olmaq istəyənlərin qeydiyyatı bitdi

Təhsil

21 Avqust 2014, 14:29


“Vaxtından əvvəl I sinfə qəbul olmaq istəyənlərin qeydiyyatı artıq bitib. 3537 nəfər qeydiyyatdan keçib”.

Bunu Modern.az-a açıqlamasında Bakı şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqə sektorunun müdiri Arzu Tairquliyeva deyib.

Onun sözlərinə görə, 1437  nəfər müsahibədən keçə bilməyib: “Müsahibədən keçmiş uşaqların 1744 nəfəri I sinfə qəbul olub, 1437  nəfər isə təhsillərini başlamağa hazır hesab edilməyib. Müsahibə prosesi sentyabrın 10-dək davam edəcək”.

Qeyd edək ki, müsahibələr avqustun 5-də başlanılıb.

Misranə Həsənzadə

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı