Modern.az

ABŞ-ın Suriyada iflasa uğrayan gizli əməliyyatı

ABŞ-ın Suriyada iflasa uğrayan gizli əməliyyatı

Təhsil

21 Avqust 2014, 15:37


Pentaqon Suriyada İraq Şam İslam Dövlətinin (İŞİD) əlindəki amerikalı girovları qurtarmaq üçün hava və quru qüvvələrinin daxil olduğu gizli bir əməliyyat təşkil edildiyini açıqlayıb.

Modern.az xarici mətbuata istinadən verdiyi xəbərə görə, ABŞ-ın bu ilin yazında Suriyada İŞİD terror təşkilatının əlindəki amerikalı girovları qurtarmaq üçün hava və quru qüvvələrinin daxil olduğu gizli bir əməliyyat təşkil etdiyi, ancaq girovların tapıla bilməməsi səbəbindən əməliyyatın müvəffəqiyyətsiz yekunlaşdığı bildirilib.  

Pentaqonun sözçüsü John Kirby açıqlamasında deyib: “ABŞ bir müddət əvvəl Suriyada İŞİD-in əlində tutduğu bir neçə amerikalı girovu qurtarmaq üçün əməliyyat təşkil edib. Bu əməliyyata hava və quru qüvvələri daxil olub və İŞİD-in içindəki müəyyən bir qaçırma şəbəkəsini hədəf alıb. Təəssüf ki, missiya müvəffəqiyyətli olmayıb, çünki girovlar hədəfə alınan nöqtədə deyildilər”.  

ABŞ prezidenti Barak Obamanın Daxili Təhlükəsizlik və Terrorla Mübarizə üzrə məsləhətçisi Lisa Monaco da Obamanın bu yaz Suriyada İŞİD tərəfindən qaçırılan və girov tutulan amerikalıların qurtarılması üzrə əməliyyata səlahiyyət verdiyini açıqlayıb.  

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı