Modern.az

Dövlət Əmək Müfəttişliyi: “Açıq havada işləyənlərlə bağlı neqativ hal aşkarlanmayıb”

Dövlət Əmək Müfəttişliyi: “Açıq havada işləyənlərlə bağlı neqativ hal aşkarlanmayıb”

Təhsil

21 Avqust 2014, 15:40


“Dünən qabaqcadan bütün işəgötürənləri xəbərdar etmişdik ki, temperatur 41 dərəcə olmasa da, hava istidir deyə saat 12-dən 5-ə kimi iş aparmayın. Əsasən, söhbət tikintidən gedir. Hamısını əhatə etmək bir az çətin olur. İmkan daxilində hamısı yoxlanılıb. Elə bir neqativ hal aşkarlanmayıb. Bu gün temperatur aşağıdır. Ona görə də bu gün elə bir araşdırma yoxdur”.

Bunu Modern.az-a açıqlamasında Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) rəis müavini Məhərrəm Məhərrəmov deyib.

Qeyd edək ki, Əmək Qanunvericiliyinə uyğun olaraq 233-cü maddədə soyuq və isti hava şəraitində fasilələrlə işin dayandırılması nəzərdə tutulub. Əgər isti hava şəraitində temperatur 41 dərəcənin üzərindədirsə, açıq hava şəraitində iş dayandırmalıdır. Əgər iş örtülü yerdədirsə və sərinləndirici vasitələr yoxdursa, bu halda da fasilələr verilməli və ya iş dayandırılmalıdır.  

Misranə Həsənzadə  

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı