“İki gündür ki, pis vəziyyətdəyəm. Bu da havaların bu cür pis keçməsinə görədir. Havalar belə isti keçir. Mənim də ürəyimə mənfi təsir göstərir“. Bunu Modern.az-a açıqlamasında tanınmış şair Vaqif Bayatlı Odər bildirib.
Qeyd edək ki, səhhətində yaşanan problemlər səbəbindən Azərbaycan poeziyasına yeniliklər gətirən şair uzun müddətdir ki, evdən kənara çıxmır. Şairin əsas problemi isə ürək-damar sistemi ilə bağlıdır.
Şairin sonuncu “Yupyumru bir eşq ilə“ şeirlər kitabı 2008-ci ildə işıq üzü görüb.
Elmin Nuri