Modern.az

Jurnalistin evində baş verən oğurluq hadisəsi ilə bağlı təhqiqatda yenilik varmı?

Jurnalistin evində baş verən oğurluq hadisəsi ilə bağlı təhqiqatda yenilik varmı?

Təhsil

21 Avqust 2014, 16:14


“Jurnalist Elmin Nurinin evində baş verən oğurluq hadisəsi ilə bağlı aparılan araşdırılmalarda heç bir yenilik yoxdur”. Bunu Modern.az- açıqlamasında Binəqədi rayon Polis İdarəsinin müstəntiqi Mövsüm Cabbarov deyib. Onun sözlərinə görə, istintaq prosesi davam edir: “Hadisə yerindən barmaq izləri götürülüb. İstintaq prosesi başlanılıb və davam etdirilir. Hələ ki, yeni bir xəbər yoxdur”.

M. Cabbarov şübhələndikləri bir şəxs olmadığını dedi: “Zərərçəkən deməlidir ki, mən bu şəxsdən şübhələnirəm”.

Qeyd edək ki, avqustun 15-dən 16-a keçən gecə jurnalist, Modern.az saytının əməkdaşı Elmin Nurinin ailəsinin evində oğurluq hadisəsi baş vermişdi. Hadisə baş verən zaman Nurizadələr ailəsi oğluna şadlıq sarayında toy mərasimi keçirirmiş. Ailə üzvlərinin evdə olmamasından istifadə edən oğrular pəncərəni sökməklə evə daxil olublar. 

Toydan evə dönən ailə üzücü mənzərə ilə rastlaşıb. Dərhal 102 xidmətinə zəng edilib və polislə aparılan araşdırmada məlum olub ki, başı toya qarışan ailənin evindən 3700 ABŞ dolları məbləğində pul və qızıl-zinət əşyaları oğurlanıb.  Maraqlıdır ki, oğrular evdə olan iki noutbuk və digər bahalı əşyalara toxunmayıb.

Rüfanə GÜNƏŞ

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı