Modern.az

“Azərbaycandan heç kim erməni ilə eyni orkestrdə çıxış etmir” - Nazirlikdən AÇIQLAMA

“Azərbaycandan heç kim erməni ilə eyni orkestrdə çıxış etmir” - Nazirlikdən AÇIQLAMA

Təhsil

21 Avqust 2014, 16:18


Bu günlərdə xarici KİV-də  Polşada “İ,CULTURE” orkestrinin tərkibində Azərbaycan və Ermənistan da daxil olmaqla keçmiş sovet respublikaları musiqiçilərinin də çıxış etdiyi haqda məlumat yayılıb. Qeyd edilirdi ki, 2011-ci ildə yaradılan orkestr beynəlxalq turnirə hazırlaşır.

“Bu turnirdə nazirliyin xətti ilə Azərbaycandan heç kim iştirak etmir”. Bunu Modern.az-a azərbaycanlılarla ermənilərin eyni orkestrin tərkibində çıxışına münasibət bildirərkən Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov deyib.  

Xatırladaq ki, Polşanın  Şərqi Avropa ölkələrinin gənclərdən ibarət yeni orkestr üzvlərinin ən uyğun yeri hesab, orkestr “İ, CULTURE” gərgin siyasi strukturun mədəniyyət qolu hesab olunur. Bu orkestrin yaşı 18-dən 28-dək olan musiqiçiləri “Şərq tərəfdaşlığı” ölkələri, yəni keçmiş sovet respublikaları - Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Moldova və Ukraynanı təmsil edirlər. Orkestrin üzvləri bir-biri ilə polyak, Ukrayna, rus, ingilis, Azərbaycan və erməni dillərində danışırlar. 2011-ci ildə yaradılan orkestr beynəlxalq turneyə çıxmağa hazırlaşır.  

Məltəm Talıbzadə

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı