Modern.az

Sərkisyan dincəldiyi kurort mərkəzinin pulunu verməyib

Sərkisyan dincəldiyi  kurort mərkəzinin pulunu verməyib

Təhsil

21 Avqust 2014, 16:49


Ermənistan prezidenti Serj Sərkisyan Baden Badendəki kurort mərkəzində dincəlib, lakin istirahət pulunu verməyib.

Modern.az saytının məlumatına görə  bu barədə məlumatı Ermənistan Prezident Administrasiyasından “Armenian Report” a sızdırıblar.

Məlumata görə 2012 və 2013-cü ildə  Serj Sərkisyan və onunla birlikdə  erməni oliqarxlar müalicə mərkəzində istirahət ediblər.

İddiaya görə sonradan Sərkisyan istirahət üşün tələb olunan pul məbləğinin tam həcmdə verməkdən boyun qaçırıb.

Mənbə bildirib ki, bundan sonra pansionat rəhbərliyi Sərkisyanı adıçəkilən kurort mərkəzinin arzuolunmaz qonağı elan edib.

Modern.az  

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı