Modern.az

Müdafiə Nazirliyindən TƏKZİB: “Planlı surətdə həyata keçirilir”

Müdafiə Nazirliyindən TƏKZİB: “Planlı surətdə həyata keçirilir”

Təhsil

21 Avqust 2014, 17:47

 

Azərbaycan Müdafiə Nazirliyi hərbi texnikanın cəbhə xəttinə daşınması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

Nazirliyin mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə Silahlı Qüvvələrin hərbi texnikasının daşınması, əvəz edilərək yerlərinin dəyişdirilməsi planlı surətdə həyata keçirilir və bölmələrin döyüş tapşırığının yerinə yetirilməsi üçün tələb olunan daimi döyüş hazırlığı qabiliyyətinin saxlanılması məqsədini daşıyır.

“Bu məsələdə əlavə şərhə, mülahizələrə ehtiyac yoxdur və hər hansı bir müzakirənin aparılması dövlət maraqlarımıza ziddir”.

Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Zəngəzurla bağlı təcili xəbər! Dəhliz açılır - Proses başladı