Ukrayna prezidenti Pyotr Poroşenko Ali Radanın səlahiyyətlərinin dayandırılması və növbədənkənar seçkilərin keçirilməsi haqqında qərar qəbul edib.
Modern.az saytı rus KİV-nə istinadla xəbər verir ki, bu barədə məlumatı Ukrayna prezidentinin mətbuat katibi Svyatoslav Seqolko özünün “tvitter” səhifəsində məlumat verib.
Onun sözlərinə görə Ukrayna dövlət başççısının bu qərarı vaxtında və düzgün verilib. Prezidentin rəsmi nümayəndəsi bildirib ki, Pyotr Poroşenko demokratik siyasi qüvvələrə və Avropa meylli qüvvələri seçkilərə vahid komandayla getməyə çağırıb.Qeyd edək ki, Ali Radaya seçkilərin bu ilin 26 oktyabrdında olacağı bildirilib.
Modern.az