Modern.az

“Abituriyent”in növbəti 2 sayı nəşr olunub

“Abituriyent”in növbəti 2 sayı nəşr olunub

Təhsil

26 Avqust 2014, 10:01


“Abituriyent” jurnalının 9 və 10-cu sayları nəşr olunub. Modern.az-ın məlumatına görə, jurnalın bu sayında ali təhsil müəssisələrinin boş qalan yerlərinə tələbə qəbulunun nəticələri dərc olunub. Jurnalda həmçinin müsabiqə nəticəsində ixtisasların həm ödənişli əsaslarla olan yerləri, həm də dövlət sifarişli yerləri üzrə formalaşmış keçid balları Azərbaycan və rus dillərində təqdim olunub.

Jurnalın 10-cu sayında isə orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında tələbə qəbulunun nəticələri dərc olunub. Bununla bərabər jurnalda ixtisaslar üzrə müsabiqə nəticəsində alınmış minimal keçid balları Azərbaycan və rus dillərində təqdim olunub.

Hər iki jurnalı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının binası yanındakı "Abituriyent" köşkündən almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.

Misranə Həsənzadə

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı