“Bu il Bakı Slavyan Universitetinin (BSU) jurnalistika fakültəsində təhsil alacaq iki tələbədən biri oğlan, biri qızdır”. Bunu Modern.az-a BSU mətbuat xidmətindən bildiriblər.
Bu ilk jurnalistika fakültəsinə qəbul imtahanına edilən dəyişikliklərdən sonra, cəmi 47 nəfər bu fakültəyə qəbul olub. Onlardan cəmi ikisi BSU-nu seçib. Universitetdən bildirdilər ki, rus bölməsini seçən qız, Azərbaycan bölməsini seçən isə oğlandır: “Tələbə bu universiteti seçibsə, təbii ki, ona dərs keçiləcək. Elmi Şurada 2 tələbə barədə akademik qrupun yaradılması barədə məsələlər müzakirə olunması planlaşdırılır. Şura hansı qərarı versə, həmin qərarda icra ediləcək”.Xatırladaq ki, Jurnalistika fakültəsinə qəbul olanlardan 40-ı BDU-nu seçib:
Bakı Dövlət Universiteti – 40 nəfər,
Azərbaycan Dillər Universiteti – 4 nəfər,
Bakı Slavyan Universiteti – 2 nəfər,
Naxçıvan Dövlət Universiteti- 1 nəfər. Jurnalistika fakültəsinə qəbul olanlardan 41 – Azərbaycan, 6-sı rus bölməsinin payına düşür.
Rüfanə GÜNƏŞ