Bu gün Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin yaranmasından 20 il ötür. 20 illik fəaliyyətin təəssüratlarını birliyin sədri Füzuli Rzaquliyev Modern.az-la bölüşüb: “20 il tarix üçün böyük rəqəm olmasa da, birlik üçün böyük rəqəmdir. Ancaq 20 illik fəaliyyətimizlə bağlı təmtəraqlı mərasim keçirmədik. Ancaq sentyabr ayında cəbhə bölgələrinin birində geniş miqyaslı tədbirimiz olacaq”.
F. Rzaqulu təşkilatın gələcək fəaliyyəti ilə bağlı da danışıb: “Bizim ən böyük planımız torpaqlarımızın geri qaytarılması yönündə aparılan işlərdir. Qarabağın azad olunması istiqamətində fəaliyyətə, hətta döyüşə getməyə də hazırıq. Biz bununla bağlı Ali Baş komandana, Müdafiə Nazirliyinə də müraciət etmişik. İstəyimiz və arzumuz Qarabağın, torpaqlarımızın azad olmasıdır. İstərdik ki, növbəti 21-ci ilimizi heç olmasa Şuşada qeyd edək. Yaxın hədəfdən başlayaq, sonra digər torpaqları azad edə-edə irəliləyək”.
Məltəm Talıbzadə