Modern.az

Azərbaycanın 19 rayonunda muzey binası yoxdur - Tarixi belə qoruyuruq?

Azərbaycanın 19 rayonunda muzey binası yoxdur - Tarixi belə qoruyuruq?

Təhsil

26 Avqust 2014, 12:08

“Azərbaycanın 19 rayonunda fəaliyyət göstərən muzeylərin özlərinə aid bina yoxdur”.

Bunu Modern.az-a  Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin katibi İntiqam Hümbətov deyib.

Onun sözlərinə görə, artıq 3 rayonda muzey binlarının inşası yekunlaşmaq üzrədir: “Nazirlik müvafiq icra hakimiyyətləri ilə birlikdə dövlət proqramlarına uyğun olaraq bu işi davam etdirəcək. Yəqin ki, yaxın zamanda digər muzeylərimizin də özlərinin binası olacaq. İndi bir çox muzeylər hansısa mədəniyyət ocağında, yaxud digər uyğun məkanda yerləşirlər. Bu, sovet dövründən qalma problemdir. Artıq Füzuli rayonunun Horadiz qəsəbəsində, Quba və Masallı rayonlarında  tarix-diyarşünaslıq muzeyləri üçün binaların inşası yekunlaşmaq üzrədir”.  

Qeyd edək ki, Modern.az saytının əməkdaşları bu yaxınlarda Gədəbəyə səfərləri zamanı binasızlıq ucbatından rayonda eksponatların yararsız hala düşdüyünün şahidi olublar.

Anoloji hal Balakən və muzey binası olmayan digər bölgələrdə də yaşanır. 

 

Namidə BİNGÖL

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı