Modern.az

Ağacları qanunsuz kəsən şəxslər cərimələndi

Ağacları qanunsuz kəsən şəxslər cərimələndi

Təhsil

26 Avqust 2014, 12:17

 

Avqust 20-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qaynar xəttinə Xətai rayonu, General Şıxlınski 1B binasının qarşısında ağacların qanunsuz olaraq kəsilməsi barədə daxil olmuş şikayət Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb. 

Nazirliyin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, araşdırma zamanı sözügedən ünvanda 4 ədəd ağac və 2 ədəd kol bitkisinin “Miraj” korporasiyası tərəfindən kəsilməsi faktı aşkar olunub. Eyni zamanda sözügedən korporasiya tərəfindən tikintisi aparılan qeyri-yaşayış obyektinin layihə sənədlərinə ekoloji ekspertiza rəyinin alınmadığı da məlum olub. Faktla bağlı “Miraj” korporasiyası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən hüquqi şəxs qismində 120000 manat məbləğində cərimə edilib.

Hazırda ərazidəki digər ağaclar ETSN-nin aidiyyəti qurumlarının əməkdaşları tərəfindən nəzarətə götürülüb.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı