Modern.az

“Akkreditasiyadan keçmək istəyən jurnalistlərin sentyabrın 15-nə qədər vaxtı var”

“Akkreditasiyadan keçmək istəyən jurnalistlərin sentyabrın 15-nə qədər vaxtı var”

Təhsil

26 Avqust 2014, 14:38


“Sentyabr ayının 15-nə qədər hər bir mətbuat orqanı Milli Məclisin Aparat rəhbərinin adına məktub göndərməlidir. Bundan sonra Milli Məclisin payız sessiyasının iclaslarında iştirak edəcək jurnalistlər akkreditasiyadan keçməlidir”.

Bunu Modern.az-a Milli Məclisin mətbuat  katibi Akif Təvəkküloğlu deyib.   Onun sözlərinə görə, Milli Məclisin iclası başlayana qədər həmin məktublara baxılacaq: “Beləliklə, akkreditasiya məsələsi öz həllini tapır. Qanun nə cür tələb edirsə, ümumi qaydada baxıb akkreditasiyanı həyata keçiririk”.

Qeyd edək ki, sentyabr ayının 15-dən Milli Məclisin daxili əsasnaməsinə əsasən, Milli Məclis deputatlarının tətil müddəti başa çatır. Bununla da parlamentin 2014-cü il payız sessiyasına start verilir. Oktyabr ayının 1-dən isə plenar iclaslar başlayacaq.

Namidə BİNGÖL  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı