Modern.az

İranda su problemi: hökumət yeni layihələr hazırlayır

İranda su problemi: hökumət yeni layihələr hazırlayır

Təhsil

26 Avqust 2014, 15:18

 

İranda quraqlıq səbəb ilə susuzluq problemi hökuməti ayağa qaldırıb. Modern.az İranın İSNA agentliyinə istinadən xəbər verir ki, bu barədə prezidentin köməkçisi İshaq Cahangir açıqlama verib. Onun sözlərinə görə, hökumət bu məsələni həll etmək üçün yeni layihələr hazırlamalıdır: “Bütün ölkə ciddi su problemi ilə qarşı-qarşıyadır. Xüsusilə böyük şəhərlərdəki su problemini aradan qaldırmaq üçün yeni layihələr hazırlamalıyıq. İsfahanda quruyan Zayəndə çayını bərpa etməliyik”.

Qeyd edək ki, İranda bu problemə səhv suvarma texnikaları ilə yeraltı suların qurudulması səbəb olub.

Rüfanə GÜNƏŞ

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı