Modern.az

“Ukrayna NATO-dan hərbi dəstək gözləmir” - AÇIQLAMA

“Ukrayna NATO-dan hərbi dəstək gözləmir” - AÇIQLAMA

Təhsil

28 Avqust 2014, 01:19


Ukrayna Prezident Administrasiyası başçısının müavini Valeriy Çalıy  rəsmi Kiyevin NATA-dan hərbi dəstək gözləmədiyini bəyan edib.

Modern.az rus mətbuatına istinadən xəbər verir ki, gələn həftə  Kardifdə baş tutacaq NATO sammitini şərh edən  Valeriy Çalıy  sözügedən hərbi-siyasi təşkilatdan başaq dəstək gözlədiklərini bildirib.

Onun sözlərinə görə hərbi dəstək olmadan, NATO Ukraynaya başqa yardımlar edərsə, o zaman Kiyev hakimiyyətinin imkanları genişlənər.  

O bildirib ki, Ukrayna bu sammitə ciddi hazırlaşır.

Qeyd edək ki, NATO-nun sammiti sentyabrın 4-5-də  Uelsin Kardif şəhərində olacaq.  

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!