Modern.az

İrandan pilotsuz təyyarə ilə bağlı AÇIQLAMA: “Təyyarə İranın şimalındakı ölkədən havaya qalxıb” - QALMAQAL

İrandan pilotsuz təyyarə ilə bağlı AÇIQLAMA: “Təyyarə İranın şimalındakı ölkədən havaya qalxıb” - QALMAQAL

Təhsil

28 Avqust 2014, 02:31

İran silahlı qüvvələrinin baş qərargah rəisinin müavini Seyid Məsud Cəzayiri ölkəsində məhv edilən pilotsuz təyyarə ilə bağlı açıqlama verib.

Modern.az saytının İran KİV-nə istinadən verdiyi məlumata görə Seyid Məsud Cəzayiri pilotsuz təyyarənin  keçmiş sovet respublikalarının birindən havaya qalxdığını deyib. O, bir az da irəli gedərək, həmin ölkənin İranla məsafədə hansı coğrafi mövqedə yerləşdiyinə dair məlumat da verib. İran generalı konkret olaraq ad çəkməsə də, hədə tonunda mesajlar verib:  

“Pilotsuz təyyarə keçmiş Sovet İttifaqının tərkibinə daxil olan və İranın şimalındakı ölkədən havaya qalxıb, İran səmasına daxil olub. Biz həmin ölkədən etiraf gözləyirik, əks təqdirdə isə onun adını açıqlayacağıq. Bizim cavabımız diplomatik olmayacaq”,-deyə o qeyd edib.  

Bildirək ki, İranın Nətənz bölgəsində yerləşən nüvə mərkəzinə yaxın ərazidə məhv edilən pilotsuz təyyarə ilə bağlı İsrailin kəşfiyyat saytı “Debkalife” sensasion iddia ilə çıxış edib. Sayt “Hermes 450” pilotsuz təyyarənin Naxçıvandan havaya qalxdığını yazıb.

İsrailin xüsusi xidmət orqanlarına yaxınlığı ilə seçilən  media orqanı iddia edir ki, Azərbaycan Qarabağda kəşfiyyat məqsədi ilə həmin təyyarələri İsraildən alıb.

Azərbaycan Müdafiə Nazirliyi isə qəti şəkildə İsrailin ortaya atdığı iddianı təkzib edib. Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov isə bu cür informasiyaların dövriyyəyə buraxılmasını xarici dairələrin Azərbaycana qarşı təxribatı kimi dəyərləndirib.

Modern.az


Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı