Modern.az

Cəbhədə gərginlik davam edir

Cəbhədə gərginlik davam edir

Təhsil

28 Avqust 2014, 09:50


Erməni silahlı bölmələri dünən və bu gecə Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar. Modern.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Sarıcalı, Mərzili, Goranboy rayonunun Tapqaraqoyunlu, Cəbrayıl rayonunun Mehdili, Füzuli rayonunun Qaraxanbəyli kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar. 
Düşmən cavab atəşi ilə susdurulub.

Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada qorxulu anlar - Yüzlərlə dron hücuma keçdi