Modern.az

Azərbaycanlı radioloq Dünya Neyroradioloqlar İttifaqının simpoziumuna gedir

Azərbaycanlı radioloq Dünya Neyroradioloqlar İttifaqının simpoziumuna gedir

Education

28 Avqust 2014, 11:11


Sentyabrın 8-dən 12-dək İstanbul şəhərində Dünya Neyroradioloqlar İttifaqının XX ümumdünya simpoziumu keçiriləcək. 1939-cu ildən etibarən hər 4 ildən bir keçirilən bu tədbir dünyanın müxtəlif ölkələrinin neyroradioloqlarının cəm olduğu ən nüfuzlu forum hesab edilir. Neyroradioloqların növbəti toplantısının keçirilməsinə bu dəfə Türkiyə Respublikası nail olub.

Modern.az saytı xəbər verir ki, Azərbaycanı bu mötəbər tədbirdə  ilk dəfə N.Tusi adına Klinikanın şüa diaqnostikası şöbəsinin müdiri, tanınmış radioloq Yunus Əfəndiyev təmsil edəcək.

Klinikadan verilən məlumata görə, Yunus Əfəndiyev simpoziumun təşkilat komitəsinin üzvü olmaqla  yanaşı, eyni zamanda həmin tədbirə əsas məruzəçilərdən biri kimi dəvət alıb.

Toplantıda dünyanın bir çox neyroradioloqları, o cümlədən M.Hakman (ABŞ), C.Barkoviç (ABŞ), A.Osborn (ABŞ) kimi mütəxəssislər də iştirak edəcəklər.    

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı