“Təxribat xarakterli informasiyanı təkzib edirik. Yayılan məlumatları yaxın qonşularla münasibətləri korlamağa cəhd kimi qiymətləndiririk”. Bunu
Modern.az-a açıqlamasında Müdafiə Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Dərgahlı pilotsuz təyyarə ilə bağlı İsrailin ortaya atdığı iddiaya münasibət bildirərkən deyib. İran silahlı qüvvələrinin baş qərargah rəis müavini Seyid Məsud Cəzairi ölkəsində məhv edilən təyyarənin keçmiş sovet respublikalarının birindən havaya qalxdığını deyib.
Qeyd edək ki, İranın Nətənz bölgəsində yerləşən nüvə mərkəzinə yaxın ərazidə məhv edilən pilotsuz təyyarə ilə bağlı İsrailin kəşfiyyat saytı “Debkalife” sensasion iddia ilə çıxış edib. Sayt “Hermes 450” pilotsuz təyyarənin Naxçıvandan havaya qalxdığını yazıb.
İsrailin xüsusi xidmət orqanlarına yaxınlığı ilə seçilən media orqanı iddia edir ki, Azərbaycan Qarabağda kəşfiyyat məqsədi ilə həmin təyyarələri İsraildən alıb.
Namidə BİNGÖL