Modern.az

ABŞ-ın Azərbaycandakı səfirliyi “DQR”in tanınması ilə bağlı bəyanat verməyə hazırlaşır

ABŞ-ın Azərbaycandakı səfirliyi “DQR”in tanınması ilə bağlı bəyanat verməyə hazırlaşır

Təhsil

28 Avqust 2014, 12:39

ABŞ-ın əhalisinin sayına görə ən böyük ştatı olan Kaliforniya qondarma Dağlıq Qarabağ Respublikasının müstəqilliyini tanıyıb.
Kaliforniya Senatının qəbul etdiyi qətnamədə ABŞ Konqresi və prezidentinə də qərarı dəstəkləmək çağırışı yer alıb. Sözügedən qərar Azərbaycanda böyük narazılığa səbəb olub.

Birləşmiş Ştatların Azərbaycandakı səfirliyindən Modern.az-a verilən məlumata görə, yaxın bir saat ərzində diplomatik korpus bu məslə ilə bağlı məlumat verəcək.

Xatırladaq ki, Kaliforniya erməni diasporunun əsas mərkəzlərindən hesab olunur. Ştat ərazisində erməni mənşəyinə malik 1 milyon sakin yaşayır.

Məltəm Talıbzadə

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı