
Ermənistanın Tavuş vilayətinin Berd şəhərində 4 hərbçi minaya düşüb. Modern.az saytının Ermənistan KİV-nə istinadən verdiyi məlumata görə, avqustun 28-də yaşanan insident zamanı 3 zabit və müqavilə ilə qulluq edən bir hərbçi yaralanıb. Onların hansı şəraitdə minaya düşdükləri araşdırılır.
Modern.az