Modern.az

Cəlilabadda meşə yanğını olub

Cəlilabadda meşə yanğını olub

Təhsil

30 Avqust 2014, 11:27


Avqustun 29-da saat 16:00-da Cəlilabad Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Cəlilabad meşəbəyliyinin 8 saylı dolayında yanğın hadisəsi baş verib. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat Xidmətindən Modern.az-a verilən məlumata görə,  naməlum səbəblərdən baş verən yanğın dərhal əraziyə cəlb olunmuş  Cəlilabad Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin və   Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Hissəsinin əməkdaşlarının birgə səyləri nəticəsində saat 20  radələrində söndürülüb. Yanğın nəticəsində 1 hektar ərazidə quru ot və kol örtüyünə ziyan dəyib.

Eyni zamanda, 29 avqust 2014-cü il tarixində saat 19 radələrində Quba Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Vəlvələ meşəbəyliyinin 1-ci dolayında da yanğın hadisəsi baş verib. Yanğının qarşısının alınması üçün dərhal ETSN-nin yerli qurumlarının və FHN-nin Yanğından Mühafizə İdarəsinin əməkdaşları əraziyə cəlb olunub.

Yanğın qısa zamanda lokallaşdırılaraq saat 22 radələrində tam olaraq söndürülüb. Nəticədə 2,7 hektar ərazidə quru ot və kol örtüyünə ziyan dəyib.  Meşə ərazisinin qalan hissəsi yanğından mühafizə olunub. 

Yanğınların səbəbləri və dəymiş ziyanın müəyyən olunması istiqamətində iş aparılır.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı