Bu gün Avropa Liqasının qrup mərhələsində III turun növbəti oyunları keçirilib.
Modern.az -ın məlumatına görə, turnirdə yeganə təmsilçimiz olan "Qarabağ" klubu növbəti matçına çıxıb. Ağdam təmsilçisi üçüncü görüşündə Ukraynada "Dnepr"in qonağı olub. İki oyundan sonra hər iki komandanın aktivində 1 xal olması matça olan marağı bir qədər də artırıb.
Görüş 1-0 hesabı ilə “Qarabağ”ın xeyrinə nəticələnib. Oyunda yeganə qolu oyunun 21-ci dəqiqəsində Muarrem Muarrem vurub.
Bu görüşdə qələbə qazanacaq komanda qrupdan çıxmaq yolunda önəmli addıma imza atıb.
Modern.az