Modern.az

Sülhəddin Əkbər: “Açıq Cəmiyyət Partiyasının rayon təşkilatları bizim partiyaya birləşdirilməyib”

Sülhəddin Əkbər: “Açıq Cəmiyyət Partiyasının rayon təşkilatları bizim partiyaya birləşdirilməyib”

Təhsil

24 Oktyabr 2014, 13:01


“Azad Demokratlar Partiyası yeni təsis olunan siyasi təşkilatdır. Onun Açıq Cəmiyyət Partiyası ilə heç bir əlaqəsi qalmayıb”. Bunu Modern.az saytına Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər deyib.

O, əvvəllər sədri olduğu Açıq Cəmiyyət Partiyasının (ACP) rayon təşkilatlarının hazırda rəhbəri olduğu quruma birləşdirilməsi ilə bağlı suala cavab verərkən bildirib ki, belə bir məsələ gündəmdə deyil: “Açıq Cəmiyyət Partiyasının fəaliyyətinə son verildiyinə görə onun rayon təşkilatları da buraxılmış hesab edilir”.

Milli Məclisin keçmiş sədri Rəsul Quliyev özü təsis etdiyi ACP-dən istefa verəndən sonra Sülhəddin Əkbər də qurumdan getdiyini bəyan edib. O, bu il iyul ayının əvvəllərində Azad Demokratlar Partiyasının təsis qurultayında sədr seçilib.  

Aqşin Kərimov

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı