Təhsil və Müdafiə nazirliklərinin təşkilatçılığı ilə 30-dan çox jurnalist “N” saylı hərbi hissədə olub. Modern.az xəbər verir ki, Tovuz rayonu, Hacallı kənd orta məktəbinin bir qrup şagirdi ilə hərbi hissəyə gedən jurnalistlər oradakı şəraitlə tanış olublar. Əsgərlər cəbhə bölgəsində olmalarına baxmayaraq, heç bir şeydən qorxmadıqlarını deyiblər. Onlar düşmənlə təmas xəttində xidmət etməyin fəxr ediləsi məqam olduğunu bildiriblər.
Rüfanə Günəş