Modern.az

Rusiyadan Qarabağla bağlı AÇIQLAMA: “Bu, bizim planımıza daxil deyil”

Rusiyadan Qarabağla bağlı AÇIQLAMA: “Bu, bizim planımıza daxil deyil”

Təhsil

24 Oktyabr 2014, 16:55


“Rusiya Ermənistan və Dağlıq Qarabağ sərhədinə gömrük postu quraşdırılması işinə qarışdırmağı planlaşdırmır”. Modern.az saytı rus KİV-nə istinadla xəbər verir ki, bunu Rusiyanın Federal Gömrük Xidmətinin rəhbəri Andrey Belyaninov bildirib. Onun sözlərinə görə Ermənistana nümayəndə təyin edib və həmin şəxs Qarabağ sərhədinə baş çəkəcək.

“Amma buna baxmayaraq, biz erməni gömrükçülərinin işinə qarışmağı planlaşdırmırıq”.

Rusiya Federal Gömrük Xidmətinin rəhbəri qeyd edib ki, bu gün  heç də Ermənistanla Qarabağ arasında gömrük məntəqəsinin qurulması əsas məsələ deyil.

“Bu gün əsas məsələ işgüzar dillə bağlıdır. Gömrük İttifaqında  Rusiya, Belarus, Qazaxıstan işgüzar dil kimi rus dilindən istifadə edir. Ermənistanda isə məlum olduğu kimi, erməni dili istifadə olunur”.  

Qeyd edək ki, Dağlıq Qarabağla Ermənistan arasında sərhəd-keçid məntəqəsinin quraşdırılması məsələsi zaman-zaman gündəmə gəlib.

Aqşin Kərimov


Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı