Amerikadakı dini kolleclərdən birində ianə toplanması məqsədilə keçirilən xeyiyyə kampaniyası zamanı maraqlı hadisə yaşanıb.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, səhnəyə qalxan 2 keşişi – Nyu-Yorkdan olan 29 yaşlı Devid Rayder və 28 yaşlı Miluokili Cob Gibson maraqlı rəqsləri ilə qonaqları təəccübləndiriblər.
Onların step və irland rəqslərini məharətlə ifa etdikləri videonu Youtube portalında qısa müddətdə 650 mindən artıq izləyici izləyib.
Modern.az