Modern.az

Kiyevdə azərbaycanlılarla hərbçilər arasında insident yaşanıb – VİDEO

Kiyevdə azərbaycanlılarla hərbçilər arasında insident yaşanıb – VİDEO

Təhsil

24 Oktyabr 2014, 17:18


Kiyevin mərkəzində azərbaycanlıların iştirakı ilə insident baş verib. Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, 2 Azərbaycan əsilli Rusiya vətəndaşı Ukrayna paytaxtında taksi sürücüsü ilə mübahisə ediblər. Hislərinə hakim ola bilməyən azərbaycanlılar taksi maşınının təkərlərini deşiblər.

Yaxınlıqdan keçən Ukrayna ordusunun “Azov” batalyonun üzvləri insidentə müdaxilə edərək azərbaycanlılara qarşı güc tətbiq ediblər. Onların sənədlərini alan batalyon döyüşçüləri daha sonra azərbaycanlıları yerli polis idarəsinin əməkdaşlarına təslim ediblər. Modern.az insidentin videosunu təqdim edir.


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı