Modern.az

Ümid Partiyası bələdiyyə seçkilərində iştirak edəcək

Ümid Partiyası bələdiyyə seçkilərində iştirak edəcək

Təhsil

24 Oktyabr 2014, 17:29


Bu gün Ümid partiyası bələdiyyə seçkilərində iştirakla bağlı qərar qəbul edib. Modern.az xəbər verir ki, sabah Partiyanın mərkəzi strukturları seçkidə iştirakla bağlı sənədləri MSK-ya təqdim edəcək.

Partiyanın hədəfi seçkidə  minimum 900 bələdiyyə subyekt üzrə namizədlərlə iştirak etmək və Seçki Məcəlləsinə uyğun olaraq pulsuz efir vaxtı almaqdır. Buna partiyanın potensialı çatır. 

Qeyd edək ki, bu ilin əvvəlindən etibarən Bələdiyyə seçkilərinə hazırlıqlarla bağlı partiya müxtəlif tədbirlər həyata keçirib. Partiya funksionerləri dəfələrlə rayonlara səfərlər ediblər, yerli təşkilatlar tərəfindən ilkin namizədlər siyahısı hazırlanıb, bələdiyyə subyektləri üzrə yeni özəklər və seçki qərargahları yaradılıb,  regional müşavirələr və namizəd olacaq şəxslərlə görüşlər təşkil olunub, yerlərdə partiya fəallarına və namizəd olacaq şəxslərə partiyanın seçkilərə qatılmasının səbəbi və əhəmiyyəti izah olunub. 

Modern.az

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı