Modern.az

“Uşaq ədəbiyyatının öz yeri var, Ramiz Rövşənin öz yeri” – Uşaq ədəbiyyatı niyə ölür?

“Uşaq ədəbiyyatının öz yeri var, Ramiz Rövşənin öz yeri” – Uşaq ədəbiyyatı niyə ölür?

Təhsil

29 Oktyabr 2014, 09:48

Azərbaycan  ədəbiyyatı tarixində uşaq ədəbiyyatı və xüsusən də uşaq  nağılları çox vacib qollardan olub. Azərbaycan maarifçilik məktəbinin əsasını qoyanlardan biri Firudin bəy Köçərlinin “Balalara hədiyyə” kitabından başalayaraq Abdulla Şaiq, Abbas Səhhət , Mirzə Ələkbər Sabir, Mikayıl Müşfiq və başqalarının yaradıcılığında ən çətin janr sayılan uşaq nəsri və poeziyası özünə əlavə rəng qazandı. Süleyman Sani Axundovun “Qorxulu nağıllar” silsiləsi isə yazılı ədəbiyyatdakı uşaq nağıllarının ən möhtəşəm nümunələrindən sayılır. Belə ki, burada zamanın mənfi təsirlərinə məruz qalan uşaqların şüuraltısına  daxili inam, dayanıqlılıq məhz asan qavranılan nağıllar vasitəsilə ötürülürdü. Sovet rejimi də bu üsuldan böyük məmuniyyətlə faydalandı.  Müəllifli nağıllardan tutmuş, çəkilən cizgi filmlərə qədər hər bir yaradıcılıq məhsulunda  vahid sovet ideologiyası uşaqların psixologiyaslna mədəni şəkildə gülə-gülə yeridilirdi. Müstəqillik dövründə isə çox təəssüflər olsun ki, öləziməkdə olan uşaq ədəbiyyatı ilə yanaşı uşaq nağılları da demək olar ki, yaranmadı. Azərbaycan Yazıçılar Birliyinin uşaq ədəbiyyatı seksiyasının rəhbəri şair Qəşəm Nəcəfzadə  Modern.az-ın bu gün Azərbaycan ədəbiyyatında uşaq nağıllarınınniyə  yaranmır sualına cavab olaraq əslində cəmiyyətin və ədəbi zümrənin öz diqqətsizliyini nəzərə çatdırdı. O, əslində uşaq ədəbiyyatı və uşaq nağılları yaranır, sadəcə bizim onlardan xəbərimiz yoxdur deyi:

“Abdulla Şaiqin dövründə yaşayan insana uşaq ədəbiyyatının durumu barədə soruşsa idilər, onlar da gileylənərdilər. Çünki onun zamanında da yazılan uşaq ədəbiyyatının qədir-qiyməti bilinmirdi.  Sonra xeyli vaxt keçdi, sovet höküməti həmin şeirləri, nağılları araşdırdı,  çap etdi,  tədris vasitəsinə çevirdi. Onda adamlar bildi ki,  həqiqətən Abdulla Şaiqin zamanında belə bir ədəbiyyat yaranıb. Eynilə indi də o hal yaşanır. 2014-cü ildə yazılan uşaq nağılları bu gün heç kəsi maraqlandırmır. Hamı da ondan xəbərsizdir. 2030-cu illərdə bilinəcək ki, indi uşaq ədəbiyyatı olub ya yox. İndi də bu ədəbiyyatın davamçıları var. Gülzar nənə, Sevinc Nuruqızı, Aygün Bünyadzadənin  nağııları var, Əli Səməd var. Sadəcə bu gün uşaq ədəbiyyatının, uşaq nağıllarının təbliği yoxdur. Mən saytların birində uşaq ədəbiyyatı  ilə bağlı layihə vermək istədim. Saytın rəhbəri mənə dedi ki, uşaq ədəbiyyatı nəyə lazımdır, ondansa gedib Ramiz Rövşəni oxuyarlar. Uşaq ədəbiyatının öz yeri var, Ramiz Rövşənin öz yeri var. Uşaq ədəbiyyatını uşaq yerinə qoyublar. Bizdə uşaq şeiri ilə böyük şeiri dəyişik düşüb. Elə bilirlər ki, uşaq şeiri üçün ancaq itdən, pişikdən, dovşandan, tülkidəmn yazmaq lazımdır. Amma elə dovşan şeiri ola bilər ki, o şeiriyyat baxımından həqiqətən də böyük şeirdir. Yaxud Yupiter, planetlər, kosmos barəsində elə yazılar yazıla bilər ki,  o mövzu baxımından uşaq ola bilər. “

Psixoloq  Elnur Rüstəmov mövzuya çox ciddi yanaşır. Onun fikrincə uşaq ədəbiyyatı şüurlatıda qalaraq bütün həyat boyu insanı müşahidə edir:

“Bu əslində sıradan  deyil, çox vacib bir məsələdir. Buna xüsusi diqqət ayrılmalıdır. Bəyənmədiyimiz və qəbul etmədiyimiz sovet dövründə buna xüsusi diqqət ayrılırdı. Senzura da ən çox onun üzərində tətbiq olunurdu. Uşaqların gələcəkdə bir şəxsiyyət kimi yetişməsində ədəbiyyatın çox böyük təsiri var. Nəzərə almaq lazımdır ki,  uşaq vaxtı eşitdiyimiz,  əzbərlədiyimiz uşaq nağılları,  şeirləri birbaşa bizim şüuraltımıza sirayət edirdi. Böyüyəndən sonra da şüurlatımızda qalan o nümunələr bütün həyatımız boyu bizi müşayiət edir. Bu gün bizim müasir dövrlə səsləşən uşaq ədəbiyyatına böyük ehtiyacımız var. Hansı ki, yaranan qəhrəmanlar da,  həm bu günün dəyərləri ilə uzlaşmalı həm də bu günün tələblərinə uyğun olmalıdır. Biz o qəhrəmanları uşaqlar üçün düzəldə bilsək onların psixoloji cəhətdən daha dayanıqlı olmasına nail olarıq. Həm də o yazılan nağılların üzərində cizgi animassiya filmləri çəkilməlidir.  Bunun da uşaqlara çox faydası var. Həm də ikinci vacib məsələ odur ki, yazılan uşaq ədəbiyyatı nümunələri çapa verilməmişdən öncə mütəxəssilrə tərəfindən həmin əsərlərə rəy verilməlidir. O mütəxəssislər arasında sosioloq, ilahiyyatçı, psixoloq və pedaqoq da olmalıdır. “

Elmin NURİ

 
Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı