Modern.az

Millinin oyunu niyə Gəncədə keçirilmədi?

Millinin oyunu niyə Gəncədə keçirilmədi?

İdman

Bu gün, 22:13

Azərbaycan və Litva milli komandaları arasında oktyabrın 4-də baş tutacaq UEFA Millətlər Liqası qarşılaşmasının məkanı dəyişdirilib.

Modern.az AFFA-ya istinadən xəbər verir ki, əvvəlcə Gəncə şəhərində keçirilməsi planlaşdırılan oyun Bakıda təşkil olunacaq.

Qərar tərəflər arasında aparılan əlavə müzakirələr və qarşılaşmanın təşkili ilə bağlı texniki və logistika məsələlərinin qiymətləndirilməsindən sonra qəbul edilib.

Qarşılaşmanın Bakıda keçirilməsi ilə bağlı qərar UEFA ilə də razılaşdırılıb.

AFFA-dan bildirilib ki, oyunun məkanının dəyişdirilməsi Gəncə stadionunun qarşılaşmanı qəbul etməyə hazır olmaması ilə əlaqədar deyil.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...